İdmançımız dünya çempionu oldu
22 avqust 2011 10:40 (UTC +04:00)

İdmançımız dünya çempionu oldu

Lent.az-ın məlumatına görə, 28 yaşlı idmançımız növbəti böyük uğuruna Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında imza atıb.

1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Demyanenko bütün rəqiblərini arxada qoyub. O, finişə 39,339 saniyəyə çataraq, bütün rəqiblərini qabaqlayıb. Bununla da Demyanenko ölkəmizə dünya çempionatında ilk qızıl medalla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazandırıb. Ondan öncə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 1000 metr və 500 metr məsafələrə yürüşdə gümüş medala sahib çıxıb. Bu cütlük də 1000 metrlik yürüşdə olimpiadaya lisenziya əldə edib.

200 metrlik yürüşdə gümüş medalı rusiyalı İvan Ştıl (39,573), bürünc medalı isə ispaniyalı Alfonso Benavides (39,687) qazanıb. Onlardan əlavə, ukraynalı Yuri Çeban, litvalı Yevgeni Şuklin, belaruslu Dmitri Vaytsişkin və polşalı Pavel Baraşkeviç London olimpiadasına lisenziya əldə edib.

Qeyd edək ki, Valentin Demyanenko iyunda Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşlərdə 2 qızıl medal qazanıb.
# 491

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28