Unibank Premyer Liqası: “Neftçi” böyük hesabla qələbə qazandı
22 avqust 2011 10:34 (UTC +04:00)

Unibank Premyer Liqası: “Neftçi” böyük hesabla qələbə qazandı

Lent.az-ın məlumatına görə, son oyun günündə 2 matç baş tutub.

“Qarabağ” Gəncədə “Kəpəz”in qonağı olub. Qonaq komanda elə də ağır keçməyən oyunda matçın taleyini ilk yarıda həll edib: 2-1. İkinci hissədə tərəflərdən heç biri aktivinə qol yazdıra bilməyib və oyun bu hesabla da başa çatıb.

Paytaxtın “Neftçi” klubu isə doğma meydanda “Sumqayıt Şəhər” komandasını qəbul edib. Oyun “Neftçi”nin böyük hesablı qələbəsi ilə yekunlaşıb. “Flaqman”ın rəqibin qapısından 4 cavabsız qol keçirib.

III turdan sonra cədvələ “Xəzər Lənkəran” klubu başçılıq edir. Onu bir oyun az keçirən “Neftçi” və “Qarabağ” izləyir.

Turun şənbə günü keçirilən oyununda isə çempionatın ilk böyük qalmaqalı yaşanıb. Belə ki, “İnter” – “Bakı” qarşılaşmasında yaranan olaylardan sonra ev sahibi olan komanda stadionu tərk edərək, oyunun yarımçıq dayanmasına səbəb olub. Onlar qapılarına təyin edilən penalti zərbəsinə etiraz olaraq, bu addımı atıblar. Bu gün açıqlanacaq cəzalarda isə “İnter”ə meydanı tərk etdiyi üçün 3:0-lıq texniki məğlubiyyət veriləcək.

Turun oyunları:

“Neftçi” – “Sumqayıt Şəhər” - 4:0
QOLLAR: Flavinyo, 20, Rəşad Abdullayev, 25, Bahodir Nasimov, 41, 59
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Kəpəz” – “Qarabağ” - 1:2
QOLLAR: Dmitri Parxaçov, 53 - Georgi Adamiya, 8, Rauf Əliyev, 12
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov
Gəncə. Şəhər stadionu.

“İnter” – “Bakı” - 0:0 QARŞILAŞMA SONACAN OYNANILMAYIB
QIRMIZI VƏRƏQƏ: Georgi Lomaya, 90+2
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu.

“Xəzər Lənkəran” – “Turan” - 3:1
QOLLAR: Branimir Subaşiç, 33, 58; Rikordo Qomeş, 59 - Nadir Nəbiyev, 86
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

“Qəbələ” - AZAL - 1:1
QIRMIZI VƏRƏQƏ: Mahir Şükürov, 11
QOLLAR: Deon Barton, 50 - Viktor İqbekoyi, 43
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

“Simurq” – “Rəvan” - 1:1
QOLLAR: Elçin Xəlilov, 82 - Ramazan Abbasov, 90+3
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

1 Xəzər Lənkəran 3 3 0 0 8-2 9
2 Neftçi 2 2 0 0 5-0 6
3 Qarabağ 2 2 0 0 3-1 6
4 Qəbələ 3 1 2 0 3-2 5
5 AZAL 3 1 1 1 4-4 4
6 İnter 2 1 0 1 1-1 3
7 Turan 3 1 0 2 4-5 3
8 Kəpəz 3 1 0 2 5-7 3
9 Simurq 3 0 2 1 1-4 2
10 Bakı 2 0 2 0 0-0 2
11 Rəvan 3 0 1 2 3-5 1
12 Sumqayıt Şəhər 3 0 0 3 2-8 0
# 448

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57