Dünya çempionatında daha bir final!
20 avqust 2011 15:08 (UTC +04:00)

Dünya çempionatında daha bir final!

Lent.az-ın məlumatına görə, Demyanenko bu dəfə olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə həlledici mərhələyə adını yazdırıb.

O, seçmə mərhələdə olduğu kimi, yarımfinal yürüşündə də birinci yeri tutub. Bu dəfə təmsilçimiz finişə 39,446 saniyəyə yox, daha tez – 39,060 saniyəyə çatıb. 28 yaşlı idmançımız ən yaxın rəqibi Pavel Baraşkeviçi (Polşa) 0,596 saniyə üstələyib. Demyanenko həm də 4 yarımfinal yürüşündə birinci yeri tutanlar arasında ən yüksək nəticəni göstərib.

Beləliklə, Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşün 51 iştirakçısı arasında 9 ən güclünün yer aldığı əsas finala yüksəlməyi bacarıb. Sabah Bakı vaxtı ilə saat 16:04-də keçiriləcək həlledici mərhələdə onun rəqibləri Pavel Baraşkeviç (Polşa), Nivalter Santos de Xesus (Braziliya), Yevgeni Şuklin (Litva), Dmitri Vaytsişkin (Belarus), İvan Ştıl (Rusiya), Alfonso Benavides (İspaniya), Yuri Çeban (Ukrayna) və Tomas Simart (Fransa) olacaq.

Demyanenko daha öncə 500 metr məsafəyə yürüşdə də əsas finala çıxıb. O, həlledici yürüşə bu gün saat 17:52-də çıxacaq. Saat 18:58-də isə Sergey Bezuqlıy – Maksim Prokopenkodan ibarət azərbaycanlı kanoeçi duet 2 nəfərlik qayıqla olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə əsas finala qatılacaq. Onlar ötən gün 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar. Həm Demyanenko, həm də Bezuqlıy – Prokopenko dueti olimpiya məsafələrində ilk “7-liy”ə düşə bilsələr, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
# 417

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49