“Real Madrid”in sabiq futbolçusu hakimi döydü
Lent.az-ın məlumatına görə, insident 2 ay öncə Argentinada baş verib. Hadisə barədə mətbuat indi xəbər tutub. Zərərçəkən Abel Falkon argentinalı yarımmüdafiəçini məhkəməyə verib. Redondo Falkonu Buenos-Ayres yaxınlığında keçirilmiş həvəskarlararası turnirdə vurub. Referi qabırğa zədəsi ilə xəstəxanaya çatdırılıb. Hakim aldığı xəsarət üzündən 10 günədək nəfəs ala bilmədiyini və pis yatdığını söyləyib. O, Redondonun iştirakı ilə əvvəllər də keçirilmiş oyunları idarə etdiyini, lakin aralarında heç bir problemin baş vermədiyini əlavə edib. Falkonun futbolçudan hansı məbləğdə kompensasiya tələb etdiyi məlum deyil. İnsidentin baş verdiyi həvəskarlararası turnirin təşkilatçıları Redondonu yarışlardan həmişəlik kənarlaşdırıblar. Onun komandası “Los “Biços” isə turnirdən çıxıb.
Qeyd edək ki, 42 yaşlı Fernando Redondo 1994 – 2000-ci illərdə “Real Madrid”də çıxış edib. O, “Argentinos Xuniors” (Argentina), “Tenerife” (İspaniya) və “Milan” (İtaliya) komandalarının da şərəfini qoruyub. Redondo 3 dəfə Çempionlar Liqası, eləcə də İspaniya və İtaliya çempionluğu və Qitələrarası Kuboku qazanıb. Argentinalı yarımmüdafiəçi yığmada 29 oyuna 1 qol vurub.

503