“Neftçi”nin yetirməsi “Barselona”da - FOTO
Lent.az-ın məlumatına görə, Muradbəyli Kataloniya klubunun düşərgəsində avqustun 12-dək davam edəcək məşqlərə qatılacaq yeganə azərbaycanlıdır. “Neftçi”nin icraçı direktoru Mübariz Xudiyev bu haqda fikirlərini klubun rəsmi saytına bildirib. Onun fikrincə, “Neftçi”nin yetirməsinin "Barselona" kimi dünya şöhrətli komandanın düşərgəsindəki məşqlərdə iştirak etməsi çox qürurvericidir: “Buna görə ilk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirik ki, gənc futbolçumuzun İspaniyaya yollanıb, orada hazırlıq keçməsi üçün hər cür şərait yaradıb. Həmçinin, onu bildirim ki, futbolçumuzun belə yüksək səviyyəli təlimə qatılmaq imkanı Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniyadakı səfirliyi ilə birgə əməkdaşlığının nəticəsində əldə olunub. Fəhmin Muradbəyli çox istedadlı futbolçudur. O, "Neftçi"nin U-15 komandasının üzvü olub. Lakin istedadı ilə xüsusi seçildiyinə görə artıq "Neftçi"nin əvəzedici heyətinə cəlb olunur. İspaniyadakı toplanışa gəlincə, orada məşqləri "Barselona" klubunun məşqçiləri keçəcəklər. Fəhminin gələcəkdə Azərbaycan futbolunun əsas simalarından biri olacağına inanırıq. Ümid edirik ki, Muradbəyli gələcəkdə digər azərbaycanlı futbolçuların ölkədən kənarda keçirilən yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak etməsinə cığır açacaq".
633