Emenike “Spartak”da
28 iyul 2011 19:50 (UTC +04:00)

Emenike “Spartak”da

Lent.az-ın məlumatına görə, nigeriyalı hücumçunun keçidi Moskva təmsilçisinə 10 milyon avroya başa gəlib. Emenike mayın sonlarında “Karabükspor”dan “Fənər”ə 9 milyon avroya keçib. O, prezidenti Aziz Yıldırımın həbsdə olduğu klubla 4 illik müqavilə bağlayıb. Lakin 24 yaşlı forvard zədə üzündən “sarı-lacivərdli” forma geyinməyib. Bu səbəbdən, Emenike İstanbul klubunda debüt etmədən “Spartak”a yollanıb.


Qeyd edək ki, Emmanuel Emenike “Karabükspor”un heyətində son 2 mövsüm ərzində I Liqada 16, Superliqada 14 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar