Avropa Liqası: “Qarabağ” “Brügge” önündə nə edəcək?
Azərbaycanın qitə miqyaslı turnirlərdəki son ümidi “Qarabağ” Belçikada “Brügge”nin qonağı olacaq. Oyun Brüssel şəhərindəki “Yan Breydel” stadionunda baş tutacaq. Şimali irlandiyalı referi Arnold Hanter qarşılaşmanın start fitini Bakı vaxtı ilə saat 23:30-da çalacaq. “Qarabağ” bu mövsüm Avroliqada ilk 2 təsnifat mərhələsini uğurla adlayıb. Baş məşqçi Qurban Qurbanovun komandası əvvəlcə Litva “Banqa”sını səfərdə 4:0, evdə 3:0 hesablı qələbələrlə, ardından Farer adalarının “Streymur”unu səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçələrlə üstələyib. “Brügge” isə mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq.
Bakı – İstanbul – Brüssel reysi ilə səfərdə ikən “Qarabağ” faciəvi olaydan sarsılıb. Keçmiş futbolçu Səbuhi Sadiqov 29 yaşında ikən ürək tutmasından vəfat edib. Bu səbəbdən, onun qardaşı Ağdam komandasının kapitanı Rəşad Sadiqov İstanbuldan Bakıya qayıtmalı olub. Oyun öncəsi təşkil olunan mətbuat konfransında Qurban Qurbanov bu itkidən təəssüfləndiklərini bildirib: “Komandamızda əhval-ruhiyyə məlum səbəblərdən yaxşı ola bilməz. Xüsusilə, yol gedərkən belə xəbər eşitməyimiz bizi pərişan etdi. Nə edə bilərik? Rəşada mənəvi dəstək verməkdən başqa çarəmiz yoxdur. Artıq bu
barədə danışmaq istəmirəm. Danışdıqca daha çox üzülürük”.
Oyuna gəldikdə, “Qarabağ”ın baş məşqçisi “Brügge”ni yetərincə ciddi rəqib adlandırıb: “Rəqibimizin Avropa kuboklarında böyük təcrübəsi var. Son illərdə daim qrup mərhələsində oynayırlar. Bu il 10-dək oyunçu dəyişiblər. Buna baxmayaraq oyun sistemlərini toxunmayıblar. Son 2 oyunlarını izlədiyimdən bunu dəqiq deyə bilərəm. “Brügge” əvvəlki rəqiblərimizdən fərqli olaraq hücuma çox keçəcəyindən maraqlı oyun olacağını düşünürəm”.
Qurbanov “Brügge”yə rahat oyun imkanı verməməyə çalışacaqlarını söyləyib. Onun sözlərinə görə, “Qarabağ” bu istəyini reallaşdıra bilsə, Bakıya sərfəli nəticə ilə qayıda bilər: “İnanram ki, istəyimizi reallaşdıra biləcəyik. Rəqib nə qədər güclü olsa da, bunun üçün çalışacağıq”.
“Brügge”nin baş məşqçisi Adri Koster isə “Qarabağ”ın oyununu belə xarakterizə edib: “Rəqibimiz daim diqqətli oynayan komandadır. Əsasən qısa ötürmələrə üstünlük verirlər. Nadir hallarda uzun ötürmələrdən yararlanırlar. Yarımmüdafiə xəttində yaxşı oyunçular çıxış edir. Hücumda isə istənilən an oyunun taleyini dəyişə bilən futbolçuları var”.
Oyunun başlamasını səbirsizliklə gözlədiklərini söyləyən 57 yaşlı mütəxəssis ilk görüşdə qapılarını toxunulmaz saxlamaq istədiklərini dilə gətirib: “İlk görüşün evdə olması bizim xeyrimizədir. Komanda öz oyununu göstərə bilər. İndi futbolçularım səbirsizliklə matçın başlamasını gözləyirlər. Avrokubok oyunları bizim üçün həmişə xüsusi olub. Hələ üstəlik, ilk oyununu sənə tanış olmayan rəqibə qarşı keçirəndə daha maraqlı olur. Birinci görüşdə qapımızdan qol buraxmamalıyıq. Bu, cütün taleyi üçün çox vacibdir”.
Qeyd edək ki, cavab görüşü avqustun 4-də Bakıda olacaq.
Elşən MƏMMƏDOV

624