Ramin Musayev: “Belə isti havada Superkubok olar?”
Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Musayev ötən mövsüm Unibank Premyer Liqasının qalibi olmuş “Neftçi” ilə NBC Bank Azərbaycan Kubokunun sahibi “Xəzər Lənkəran” arasında Superkubok matçının yeni mövsüm ərəfəsində baş tutmamasını 3 səbəblə əsaslandırmağa çalışıb: “Birincisi, hər iki klub hazırda yeni mövsümə hazırlaşır. İkincisi, “Neftçi” və “Xəzər Lənkəran”ın oyunçuları Azərbaycan yığmasının Makedoniya ilə avqustun 10-da Bakıda keçiriləcək yoldaşlıq görüşünə də çağırıldıqlarından yorğun olacaqlar. Üçüncüsü, belə isti havada Superkubok matçı keçirmək olar?”
Lakin PFL prezidenti əsas səbəbi - “Neftçi” və “Xəzər Lənkəran”ın Çempionlar Liqası ilə Avropa Liqasındakı uğursuzluqla əlaqədar şokda olmalarını istisna edib. Hər halda o, hələ də Superkubok matçının təşkilinə çalışdığını bir daha diqqətə çatdırıb: “Çalışırıq ki, bu oyun baş tutsun. Hazırda klublarla danışıqlar aparırıq. Razılıq verilsə, bu oyun üçün vaxt tapmaq çətin deyil. Amma matçın mövsüm ərəfəsində təşkili alınmayacaq”.
Qeyd edək ki, Azərbaycanda 2011-2012-ci il mövsümünə avqustun 6-da keçiriləcək Unibank Premyer Liqasının I turu ilə start veriləcək.
Elşən MƏMMƏDOV

616