“Fənərbağça”dan müəmmalı qərar
28 iyul 2011 15:34 (UTC +04:00)

“Fənərbağça”dan müəmmalı qərar

Türkiyənin “Fənərbağça” klubu 2011-2012-ci il mövsümü öncəsi “Karabükspor”dan aldığı nigeriyalı futbolçu Emmanuel Emenike ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, “sarı-lacivərdlilər” adı oyun alqı-satqısında hallanan 24 yaşlı hücumçunu transferə çıxarıb. Klubdan İctimaiyyəti Maarifləndirmə Təşkilatına göndərilən bildirişdə deyilir: “Oyunçumuz Emmanuel Çinenye Emenikenin transferi üçün xarici klublardan təkliflər gəlməkdədir. Bununla əlaqədar xarici klublarla danışıqlara başlayıb”.


Emenike ilə Rusiya “Spartak”ının daha yaxından maraqlandığı və artıq Moskva təmsilçisi ilə danışıqlara başlanıldığı bildirilir.


Qeyd edək ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqın davam etdiyi vaxt futbolçunun transferə çıxarılması qərarı müəmmaları daha da artırıb. İstintaq çərçivəsində Emmanuel Emenike də saxlanılıb. Lakin o, bir müddət sonra azadlığa buraxılıb. Nigeriyalı forvard ötən mövsüm “Karabükspor”da ikən Türkiyə Superliqasının 32-ci turunda “Fənərbağça” ilə matçda oynamayıb. O, zədəsini səbəb göstərib. Lakin Emenikenin qəsdən oynamadığı iddia olunur. Afrikalı forvard mövsümlərarası fasilə başlayan kimi – mayın 26-da “Fənərbağça” ilə 4 illik müqavilə bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar