Qazaxıstanda azərbaycanlıların etirazı
28 iyul 2011 12:35 (UTC +04:00)

Qazaxıstanda azərbaycanlıların etirazı

Lent.az-ın məlumatına görə, Azərbaycanın 1/4 final mərhələsində mübarizə aparmış 6 boksçusundan yalnız 1-i görüşünü qələbə ilə başa vurub. Bu, 70 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mayıllıdır. Mayıllı Türkiyə idmançısı Ceyhan Barışı 11:4 hesabı ilə məğlub edərək, ən azı bürünc medalı özünə təmin edib. Həmyerlimiz yarımfinalda italiyalı Salvatore Kavallaroyla üz-üzə gələcək.

Nəsrəddin Məmmədovun (52 kq) medala gedən yolunu Filippin boksçusu Feliks Eumir Marcial kəsib. Yığmamızın üzvü rəqibinə 9:14 hesabı ilə uduzub.

Nəbi Bağırov (75 kq) 1/4 finalda ukraynalı Vladislav Mixaylova 8:12 hesabı ilə məğlub olub. Elnur Şəfizadə də (46 kq) dünya birinciliyi ilə 1/4 finalda vidalaşıb. Boksçumuzun İraq təmsilçisi Səhm Əl-Əzirəjə məğlubiyyəti (9:13) çoxları üçün gözlənilməz olub.

50 kq çəki dərəcəsindəki təmsilçimiz Malik Muradov isə Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olan hindistanlı Kumar Naavenə ciddi müqavimət göstərə bilməyib – 9:18.

Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirovun Ermənistan boksçusu Seryoja Hakopyanla döyüşündə ciddi narazılıq yaranıb. Qazaxıstanın sports.kz saytının verdiyi məlumata görə, hər iki idmançını çoxlu sayda azarkeş dəstəkləyib. Bərabər mübarizə şəraitində keçən döyüşdə həmyerlimiz rəqibini bir dəfə noqdauna salıb. Görüş başa çatanda hər kəs Tahirovun qələbəsinə əmin olduğundan qalibiyyəti qeyd edib. Ancaq hakimlər Hakobyanın 10:8 hesablı qələbəsini elan ediblər. Bu “Qazaxıstan” İdman Kompleksinə toplaşmış azərbaycanlı azarkeşlərin etirazına səbəb olub. Yalnız mühafizə xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra yarış davam etdirilib.

Bu gün turnirdə istirahət günüdür. İyulun 29-da yarımfinal, bir gün sonra isə final qarşılaşmaları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar