Qapıçı təpiklə rəqib futbolçunun boynunu sındırdı
28 iyul 2011 01:29 (UTC +04:00)

Qapıçı təpiklə rəqib futbolçunun boynunu sındırdı

Braziliyada keçirilən bir futbol qarşılaşmasında rəqib futbolçuya havaya qalxaraq təpik vuran qapıçı onun boynunu qırıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin Barao de Kokais əyalətinin yaxınlığında mədənçi qəsəbəsində “Sport Recife” ilə “Qustavo Vasco da Qama” komandaları qarşılaşıb. Qonaq komanda 3-1 irəlidə ikən oyun dayanıb. Rəqibə hirslənən ev sahibi komandanın qapıçısı rəqib komandanın oyunçusu Eliveltona təpik atıb. Zərbədən sonra yerə yıxılan futbolçu xəstəxanaya çatdırılıb.

Aparılan müayinədən sonra məlum olub ki, onun boynunda qırıq var. Rəqibinin boynunu sındıran qapıçı həbs edilib. Oyun isə yarımçıq dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar