“Fənərbağça” 2 oyunluq cəza aldı
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasının İntizam Komitəsi iyulun 21-də “Fənərbağça” və “Şaxtyor” (Donetsk) komandaları arasında keçirilən yoldaşlıq görüşündə azarkeşlər meydana axışdığı üçün “Fənərbağça”-nın öz meydanında 2 rəsmi görüşü azarkeşlərsiz keçirməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, iyulun 21-də Şükrü Saracoğlu meydanında keçirilən görüşün 67-ci dəqiqəsində “Fənərbağça” azarkeşləri meydana axışdığı üçün oyun dayandırılıb, matç yarımçıq qalıb. Azarkeşlər həmin vaxt danışılmış futbol oyunları ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan “Fənərbağça” prezidenti Əzil Yıldırımla bağlı xəbər yazan jurnalistlərə də hücum çəkiblər.

482