Akademik avarçəkənimiz dünya çempionatının finalında!
Lent.az-ın məlumatına görə, yeganə qadın təmsilçimiz bu uğura 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarımfinal yürüşündə nail olub. Angelova finişə 7 dəqiqə 38,55 saniyəyə çatıb. Bu nəticə ilə avarçəkənimiz serbiyalı İvana Filipoviç (7:36.42) və estoniyalı Kaisa Pajusaludan (7:36.89) cüzi fərqlə geri qalsa da, ukraynalı Nataliya Dovqodko (7:38.55), irlandiyalı Liza Dillin (7:43.02) və danimarkalı Ann Anderseni (8:14.00) qabaqlayıb. Reqlamentə əsasən, ilk “3-lüy”ə düşən idmançılar əsas finala vəsiqə qazanıblar ki, onların arasında 22 yaşlı təmsilçimiz də var. Sabah ilk 6 yer uğrunda keçiriləcək əsas final yürüşündə Angelovanın rəqibləri yarımfinalda ilk 2 yeri tutan İvana Filipoviç (Serbiya) və Kaisa Pajusaludan (Estoniya) əlavə, ötənilki dünya çempionu Donata Vistartayte (Litva), eləcə də Karina Baer (Almaniya) və Nikol Bökers (Hollandiya) olacaq.
Yarımfinaladək irəliləyən daha bir avarçəkənimiz Aleksandr Aleksandrov isə əsas finala çıxa bilməyib. Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla (BM1X) mübarizə aparan ötənilki dünya çempionatının gümüş mükafatçısı yarımfinalda ilk “3-lüy”ə düşə bilməyib. 2000 metr məsafəni 7 dəqiqə 0,06 saniyəyə qət edən Aleksandrov almaniyalı Hubert Trjibinski (6:51.99), litvalı Rolandas Masçinskas (6:53.60) və belçikalı Bram Dubuadan (6:54.42) geri qalıb. O, amerikalı Ben Dann (7:05.24) və macarıstanlı Domonkos Selli (7:08.34) qabaqlaya bilib. Aleksandrov sabah 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək.
Qalan 3 avarçəkənimiz C yarımfinalında çıxış edib. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) yürüşdə finişə 2-ci çatıb. O, 2000 metr məsafəni 7 dəqiqə 24,72 saniyəyə qət edib.
Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə 6 dəqiqə 50,30 saniyə nəticə ilə 3-cü yeri tutub. Həm Məmmədov, həm də Qlotov – Mirzəyev dueti bu gün 13 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edəcəklər.
Bakı vaxtı ilə saat 16:24-də başlanacaq yürüşdə Kamal Məmmədovun rəqibləri Conatan Mitçell (İrlandiya), Oskar Russberq (İsveç), Kristian Qayna Leyn (Çili), Emanuele Ferrayuolo (İtaliya) və Jerom Völke (İsveçrə) olacaq.
Saat 16:30-da startı veriləcək yürüşdə isə Aleksandr Qlotov – Fuad Mirzəyev duetinin rəqibləri Arnold Sanqlepp – Ronald Vaeli (Estoniya), Xuan Karlos Kabrera – Xayme Kuevas (Meksika), Cüzeppe Miniçini – David Tabaçço (İtaliya), Yevgeni Aliaxnoviç – İqor Paşkeviç (Belarus) və Adam Rabalski – Benjamin De Vit (Kanada) olacaq.

526