“Qalatasaray” “Yuventus”un futbolçusunu icarəyə götürdü
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” İtaliya “Yuventus”unun və Braziliya milli komandasının üzvü Felipe Melonu sonradan satın ala bilmək şərti ilə 1 illik icarəyə götürüb. Anlaşmaya əsasən, 28 yaşlı yarımmüdafiəçiyə 2011-2012-ci il mövsümü üçün 3,3 milyon avro və hər oyunu qarşılığında 30 min avro ödəniləcək. “Yuventus” isə icarə haqqı kimi 1,5 milyon avro qazanacaq. “Qalatasaray” mövsümün sonunda Melonun transfer haqlarına sahib olmaq istəsə, “Yuve”yə 13 milyon avro verməlidir.
Qeyd edək ki, Felipe Melo Braziliyanın “Flamenqo”, “Kruzeyro” və “Qremio” klublarında çıxış etdikdən sonra 22 yaşından etibarən Avropa komandalarında oynamağa başlayıb. O, İspaniyanın “Malyorka”, “Rasinq”, “Almeriya”, İtaliyanın “Fiorentina” klublarının formasını da geyinib. 2009-2010-cu illərdə Braziliya millisinə çağırılmış Melo son dünya çempionatında da oynayıb.

525