Vera Zvonaryova “Baku Cup” turnirinin yarımfinalında
23 iyul 2011 11:29 (UTC +04:00)

Vera Zvonaryova “Baku Cup” turnirinin yarımfinalında

Lent.az-ın məlumatına görə, fərdi yarışlarda ¼ final mərhələsinin ən çəkişməli və gərgin maçında dünyanın 3 nömrəli tennisçisi Vera Zvonaryova (Rusiya) Anna Tatişvilini (Gürcüstan) çətinliklə məğlub edib. 3 saatadək davam etmiş qarşılaşmada Zvonaryova yalnız sonuncu setdə böyük fərqlə üstünlüyə nail olub - 7:5, 6:7, 6:2. Onun yarımfinaldakı rəqibi Mariya Koritseva (Ukrayna) olacaq. Koritseva ¼ finalda həmyerlisi Katerina Bondarenkonu üstələyib - 5:7, 4:6.


Turnirin daha bir favoriti, dünyanın 13 nömrəli tennisçisi Anastasiya Pavlyuçenkova (Rusiya) isə gözlənilmədən WTA-nın son reytinqində 162-ci yerdə gedən Qalina Voskoboyevaya (Qazaxıstan) uduzub – 7:6, 4:6, 3:6. Voskoboyevanın yarımfinaldakı rəqibi Kseniya Pervak (Rusiya) olacaq. Pervak ¼ finalda Aravan Rezaiyə qalib gəlib – 6:3, 6:2.


Qalina Voskoboyeva qoşa yarışlarda finala yüksəlib. Onun Monika Nikulesku (Rumıniya) ilə təşkil etdiyi duet Daniyella Dominikoviç (Avstraliya) - Noppavan Lertçivakarn (Tailand) cütlüyünü yenib – 6:4, 6:2. Digər finalçı bu gün Yelena Bovina (Rusiya) - Valeriya Savinıx (Rusiya) və Mariya Koritseva (Ukrayna) - Tatyana Putçek (Belarus) duetləri arasında təşkil olunacaq yarımfinal görüşündən sonra müəyyənləşəcək.


Qeyd edək ki, “Baku Cup” turnirinin ümumi mükafat fondu 220 min dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607

Oxşar yazılar