“Bill Klinton” “Bahar”a uduzdu
23 iyul 2011 10:51 (UTC +04:00)

“Bill Klinton” “Bahar”a uduzdu

Lent.az-ın məlumatına görə, bu dəfə çaparlar “Günay Sığorta”nın mükafatı uğrunda mübarizə aparıblar. Turnirin qalibi adını “Bahar” ləqəbli atla polşalı idmançı Alexandra Lusina qazanıb. İkinci pilləni “Bill Klinton” ləqəbli atla həmyerlimiz Camal Rəhimov tutub. Üçüncü pillənin sahibi də Alexandra Lusina olub. Bu dəfə Lusinanın “Chira” ləqəbli atı idmançıya üçüncülüyü qazandırıb. Camal Rəhimovun “Platin” ləqəbli atı dördüncü, “Woodie” ləqəbli atı isə beşinci olub.


Qeyd edək ki, yarışın birinci günü idmançılar “Studbook MNM Azerbaijan” mükafatı uğrunda mübarizə aparıblar. Bu mərhələnin qalibi “Papirus” ləqəbli atla həmyerlimiz Gennadi Qaşıbeyazov olub. Turnirdə Azərbaycanlı idmançılarla yanaşı Gürcüstan və Polşadan olan çaparlar da iştirak edirlər. Beynəlxalq turniri idarə edəcək hakimlər kollegiyası Türkiyə, İran və Rusiyadan dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar