PFL-dən “Qarabağ”a güzəşt və qadağa
22 iyul 2011 20:03 (UTC +04:00)

PFL-dən “Qarabağ”a güzəşt və qadağa

Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib. Musayev deyib ki, “Qarabağ” PFL-ə müraciət etsə, bu məsələyə baxılması mümkündür: “Avqustun 4-də Azərbaycanın Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi Bakıda Belçikanın “Brügge” komandası ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. Bundan 2-3 gün sonra isə “Qarabağ” çempion “Neftçi” ilə üz-üzə gəlməlidir. Əgər Ağdam klubunun rəhbərliyi PFL-dən çempionat oyununun təxirə salınmasını xahiş etsə, baxılacaq. Hamımız üç mövsümdür ki, “Qarabağ”ın Avroliqadakı uğurlarına sevinirik. Onların “Brügge” ilə görüşdə də uğurlu nəticəsi üçün əlimizdən gələni etməliyik”.


Bununla belə, PFL prezidenti “Qarabağ”a istədiyi rəqibini Quzanlıda və ya Suraxanıda qəbul etmə icazəsi verilməyəcəyini söyləyib: “Biz bu klub rəhbərliyindən soruşacağıq ki, 16 ev oyununun neçəsini Quzanlıda keçirmək istəyir. Neçəsini desələr, püşkatma yolu ilə hansı komandanın Ağdama gedəcəyini müəyyənləşdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar