Azərbaycan taekvondo yığmaları Vladivostoka yollanır
Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kişilər beynəlxalq turnirə qatılacaqlar. Baş məşqçi Jon Jonqbay heyətə Fariz Əliyev, Elvin Məmmədov, Kim Kvanqseok (hər üçü 74 kq), Ramik Nəzərov, Fərid Tağızadə və Təvəkkül Bayramovu (hər üçü 80 kq) daxil edib.
Bundan başqa, Günay Zeynalova, Kazım Kazımov, Kənan Qurbanov, Şahmar Nağıyev və Xəyalə Məmmədovadan ibarət seçmə komandamız Pumse üzrə dünya çempionatında çıxış edəcək. Bu heyətə baş məşqçi Etibar İbrahimov rəhbərlik edəcək.
Hər iki yarış iyulun 31-də yekunlaşacaq.

654