Ramin Musayev: “Həbs olunmağa razıyam”
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün UNİ-Bank Premyer Liqasının püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev söyləyib. Ramin Musayev deyib ki, həbs olunmağa razıdır, amma bu qərarı verərkən bir qədər obyektiv olmaq lazımdır: “Yalnız Bakı komandaları ilə çempionat keçirmək olmaz. Bu il “Muğan” komandası çempionatdan getdi. Çünki “Muğan” və “Rəvan” komandalarının sponsorları eynidir. Rəhbərlik belə qərara gəldi ki, “Rəvan” Premyer-Liqada çıxış etsin, “Muğan” isə futbolçu yetişdirməklə məşğul olsun. Digər tərəfdən, “Abşeron” komandası çempionatı tərk etdi. Bu, sponsorun komandanı maliyyələşdirməkdən imtina etməsi ilə bağlı oldu. Əvəzində futbolu çox sevən prezidentə malik Sumqayıt şəhərinin komandasını Premyer Liqaya buraxdıq. Gəlin düzgün tənqid edək”.
Ramin Musayev ötən mövsüm barədə də danışıb. O hesab edir ki, ötən mövsüm pis keçməyib: “Bəziləri müsbət, bəziləri mənfi qarşılasalar da. Ən yüksək qiyməti prezident İlham Əliyev verib. Bu verilən qiymətə də əlavə şərhə ehtiyac yoxdur”.
Elşən Məmmədov

766