“Xəzər Lənkəran”da daha bir şok: Rednik istefa verdi
22 iyul 2011 13:14 (UTC +04:00)

“Xəzər Lənkəran”da daha bir şok: Rednik istefa verdi

Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib. Onun sözlərinə görə, Rednik bu gün səhər saatlarında legioner futbolçularla birgə Azərbaycanı tərk edib. Hacıyev bildirib ki, rumıniyalı mütəxəssis klubun legionerlərdən imtina edərək yerli futbolçularla işləmək istəyinə etiraz əlaməti kimi bu addımı atıb: “Biz Rednikə təklif etdik ki, yerli oyunçularla işləsin. O isə bundan imtina etdi və Bakı – İstanbul təyyarə reysinə bilet alaraq komandanı tərk etdi”.


“Xəzər Lənkəran” rəsmisi klubun görəcəyi tədbirlərin hələ müəyyənləşmədiyini əlavə edib.


Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə heç-heçə edib – 0:0. İlk görüşdə “Makkabi” 3:1 hesabı ilə qalib gəldiyindən, “Xəzər Lənkəran” mübarizəni dayandırıb. Mirça Rednikin rəhbərliyi altında Lənkəran klubu Azərbaycan Kubokunu və Premyer Liqada gümüş medalları qazanıb. Bundan sonra rəhbərlik onun qarşısına Avropa Liqasının qrup mərhələsinə düşməyi məqsəd qoyub. Lakin komanda elə ilk cəhddəcə mübarizəni dayandırıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar