“Fənərbağça”-“Şaxtyor” matçında qalmaqal - FOTOLENT - VİDEO
Türkiyənin “Fənərbağça” futbol klubu ilə Ukraynanın “Şaxtyor Donetsk” komandaları arasında oynanılan yoldaşlıq görüşü azarkeşlərin stadiona hücum etməsi nəticəsində yarımçıq qalıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Şükrü Saracağlu” stadionunda oynanılan matçda əvvəlcə klubun həbsdə olan prezidenti Əziz Yıldırımın şəkli olan maska taxmış iki nəfər meydançaya daxil olub. Onlar meydançadan çıxarılıb. Oyunun 67-ci dəqiqəsində isə onlarla azarkeş meydançaya soxulub. Nəticədə hakim oyunu yarıda saxlayıb. Oyunda qısa fasilə yaranıb, bunun ardınca isə azarkeşlər kütləvi şəkildə oyunun oynandığı sahəyə daxil olub. Bu zaman “Şaxtyor”un oyunçuları soyunma otağına qaçıblar.
Azarkeşlər oyunu canlı yayımlayan şirkətin havadan çəkiliş edən kameralarına çəkiliş imkanı verməyiblər.

1140