“Mən də tükəndim...”
Danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunan “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım ilk dəfə tutduğu postdan vidalaşmağa hazırlaşdığına işarə edib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Əziz Yıddırım “Fənərbağça” tərəfdarlarına xitabən yazdığı məktubda bildirib ki, qurulan ssenari ilə onu həyatının ən böyük sevdası olan “Fənərbağça”dan qoparıblar.
O, artıq gücünün qalmadığını vurğulayıb: “Yanan ağacın yerinə başqasını becərə bilməyənlər ağacı çıxardılar. Ancaq mən də tükəndim. Bu proses məni çox yordu. Ruhum, bədənim çökdü, artıq bu atəşi daşıya bilməyəcək hala gəldim. Bu dövrü keçəndən sonra həyatımın qalan hissəsində artıq “Fənərbağça” sadəcə, ürəyimdə sevgi olaraq qalacaq. Sadəcə indi yaşamaqda olduğumuz dönəmdə yenə klubuma xidmət etməyə davam edəcəyəm. Bu keçid dövrünün ardından da qürurla daşıdığım və namusumla, şərəfimlə yerinə yetirdiyim vəzifəm başa çatacaq. Amma içimdəki “Fənərbağça” sevgisi bitməyəcək. Dar ağacında olsam da, son sözüm “Fənərbağça” olacaq”.

632