Azərbaycan avarçəkənlərinin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi
20 iyul 2011 19:07 (UTC +04:00)

Azərbaycan avarçəkənlərinin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

Lent.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının üzvlərinin də ilk rəqibləri müəyyənləşib. 5 avarçəkənimizin hamısı mübarizəyə iyulun 21-də başlayacaq. Bakı vaxtı ilə saat 14:24-də Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) start xəttinə çıxacaq. Onun rəqibləri İtaliya, Filippin və Yunanıstan təmsilçiləri olacaq. Seçmə mərhələdə ilk 3 yeri tutanlar ¼ finala yüksələcəklər.


Saat 14:48-də 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşlərə Aleksandr Qlotov – Fuad Mirzəyev dueti qoşulacaq. Onlara Xorvatiya, Polşa, ABŞ, Litva və Rusiya avarçəkənləri rəqib olacaqlar. 1-ci yerin sahibi birbaşa yarımfinala, sonrakı pillələri tutanlar isə təsəlliverici yürüşə vəsiqə qazanacaqlar.


Saat 19:00-da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (BM1X) yürüşlərə qatılacaq. Onun rəqibləri Macarıstan, İsrail və İsveç təmsilçiləri olacaq. İlk 3 yeri tutanlar ¼ finala çıxacaqlar.


Nəhayət, saat 19:06-da yeganə qadın təmsilçimiz İskra Angelova 1 nəfərlik qayıqla (BW1X) yürüşlərə başlayacaq. Ona Ukrayna, Danimarka, İrlandiya, Litva və Hollandiyadan olan avarçəkənlər rəqib olacaqlar. İlk 2 pillənin sahibləri yarımfinala, sonrakı yerləri tutanlar isə təsəlliverici yürüşlərə qatılacaqlar.


Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.


Qeyd edək ki, 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı ötən il Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunub. Həmin yarışda Aleksandr Aleksandrov gümüş medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar