Danışılmış oyunlarla bağlı dəlillər Türkiyə Futbol Federasiyasında
Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı toplanılan dəlillər prokurorluqdan Türkiyə Futbol Federasiyasına (TFF) verilib.
Lent.az-ın “NTVSpor”a istinadən verdiyi məlumata görə, sənədlər 4 qovluqda cəmlənib. Bu sənədlər TFF-in ofisində məxfi şəraitdə araşdırılacaq. Federasiyanın etika komissiyası da dəlilləri nəzərdən keçirdikdən sonra qurumun rəhbərliyinə raport təqdim edəcək. Həmin raport əsasında TFF rəhbərliyi qərar qəbul edəcək.
Qeyd edək ki, ötən gün TFF prezidenti Mehmet Ali Aydınlar əllərində dəlillər olmadan qərar vermək istəmədiklərini açıqlayıb

466