“Xəzər Lənkəran” – “Makkabi” matçına İran vətəndaşlarının girişi qadağan olundu
İyulun 21-də “Xəzər Lənkəran” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünə İran vətəndaşlarının girişi qadağan olunub. Bu haqda Lent.az-a oyunun təşkil olunacağı Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev məlumat verib.
Hacıyevin sözlərinə görə, Lənkəran şəhər Polis İdarəsindən onlara İran vətəndaşlarına bilet satmamağı tapşırıblar. Eyni zamanda iranlıların stadiona girişinin qarşısı alınacaq. Meydançaya İsrail əleyhinə bannerlərin keçirilməsinə və tribunalarda siyasi şüarların səsləndirilməsinə də yol verilməyəcək. Direktor bildirib ki, bu tədbirlər oyun zamanı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün görülüb: “Biz İran tərəfindən və ya müəyyən dini qruplardan hər an təxribat gözləyirik. Ona görə də ayıq-sayıq dayanmışıq. “Makkabi”nin təhlükəsizliyi Təl-Əvivdə “Xəzər Lənkəran”ın təhlükəsizliyindən də yüksək səviyyədə qorunacaq. Çalışacağıq ki, imicimizə xələl gətirə biləcək hərəkətlərə yol verilməsin”.
İyulun 19-dan Lənkəranda olan İsrail komandası polislər tərəfindən qorunur. Hacıyev “Makkabi”nin Lənkəran hava limanından qaldıqları “Qala” otelinə 6 polis avtomobilinin ötürdüyünü açıqlayıb. Qonaq komanda bu gün saat 12:00-da Lənkəran Olimpiya Kompleksinin meydançasında məşqə 4 polis maşınının müşayiəti altında yollanıb. Növbəti məşq isə saat 20:30-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək. Sabah eyni saatda başlanacaq görüşdə təhlükəsizliyi 400-dək polis, 300-dək daxili qoşun əsgərləri qoruyacaq.
Stadion direktoru “Xəzər Lənkəran” – “Makkabi” matçına marağın böyük olduğunu söyləyib. Onun sözlərinə görə, satışa çıxarılan 12 min biletin demək olar ki, hamısı satılıb. Onların hamısını “Xəzər Lənkəran” azarkeşləri alıb. “Makkabi”nin 30-dək tərəfdarı isə VİP lojada yerləşdiriləcək.
Qeyd edək ki, “Makkabi” və “Xəzər Lənkəran” arasında iyulun 14-də keçirilmiş ilk görüşdə meydan sahibləri qələbə qazanıblar – 3:1.
Elşən MƏMMƏDOV

559