“Fənərbağça” prezidenti: “Sona qədər savaşacam...”
Danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunan “Fənərbağça” klubunun prezidenti Əziz Y ıldırım klubun prezidenti postunda qalmasına qərar verib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, qanındakı şəkərin səviyyəsinin artması ilə əlaqədar xəstəxanaya aparılan Əzil Yıldırım qərarını həyat yoldaşı Gonca Yıldırım, “Qaziantepspor” prezidenti Celal Doğan, futbol şərhçisi Rıdvan Dilmen və vəkili Faik Işıka açıqlayıb.
O, “Fənərbağça” tərəfdarlarına xitabən yazdığı məktubu da vəkillərinə verib. Məktub klubun İdarə Heyətinin üzvlərinə çatdırılıb. “Fənərbağça”nın birinci vitse-prezidenti Ali Koç məktubu oxuyub. 3 səhifəlik məktubda özü barədə və “Fənərbağça” klubu ilə bağlı fəaliyyətindən söz açan Əziz Yıldırım 13 illik fəaliyyəti dövründə klub üçün mübarizə apardığını vurğulayıb: “Sona qədər savaşacam. Son nəfəsimə qədər “Fənərbağça” üçün çalışacam. Mən oyunçularımın alın tərinə ləkə salmaram. Tərəfdarlarımız mətbuatda yazılanlara inanmasın”.
Əziz Yıldırımın qardaşı Acar Yıldırım da sakitliyini pozub. O deyib ki, istintaqı aparan prokurorlar şübhəlilərdən Əziz Yıldırım əleyhinə ifadə almaq üçün onlara böyük vədlər verirlər: “Bu, danışılmış oyunlarla bağlı aparılan istintaq deyil, Əzil Yıldırımı bitirmək planıdır. Prokurorluqda Şekip Mosturoğlu başda olmaqla, bəzi şübhəlilərə deyiblər ki, Əziz Yıldırım əleyhinə ifadə ver, azadlığa buraxaq”.

527