Teves “Mançester Siti”ni tərk etməyə qərar verdi
Lent.az-ın məlumatına görə, Teves daha ailəsindən uzaqda yaşaya bilmədiyini bildirib.
27 yaşlı forvard deyib: ““Mançester Siti”nin kapitanı olmaq, onunla Çempionlar Liqasına yüksəlmək, İngiltərə Kubokunu qazanmaq və Premyer Liqanın ən yaxşı hücumçusu olmaq məni qürurlandırır. Lakin mən klubu tərk etmək niyyətimi “Mançester Siti” rəhbərliyinin diqqətinə təəssüflə çatdırmalıyam. Azarkeşlərə, xüsusən, klubun mənə daim hörmətlə yanaşan sahibi şeyx Mənsura böyük ehtiramımı bildirmək istərdim. Çox ümid edirəm ki, bu insanlar məni başa düşəcəklər. Çünki ailəmdən çox uzaqdayam. Onlardan xeyli aralıda – Mançesterdə yaşamaq mənim üçün çox çətindir. Nə edirəmsə - hamısı öz övladlarım Florensiya və Katya üçündür. Onlarla yanaşı olmalı və böyük diqqət ayırmalıyam”.
Qeyd edək ki, Karlos Teves hazırda Argentinada keçirilən Amerika Kubokunda iştirak edir. Həyat yoldaşı Vanessa və övladları da onun yanındadır. Karlos Vanessanı Mançesterə aparmağa nə qədər cəhd etsə də, xanımını yola gətirə bilməyib.

452