Vaqif Cavadov: “Mən Anri və Del Pyerodan nümunə götürürəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Rusiyanın “Volqa” klubuna transfer olunduqdan sonra “Sport-Ekspress”ə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:
- Yeni klubunuzun Avstriyadakı təlim-məşq toplantısına qoşulmusunuz?
- Xeyr. Mən hələlik Bakıdayam. Şəxsi məsələlərimi həll etmək üçün bir neçə günlüyə ləngimişəm.
- Karyeranıza Moskva MOİK-ində başlasanız da, Rusiya çempionatında möhkəmlənə bilmədiniz. Niyə?
- Möhkəmlənə bilmədim? Müzakirə açmaq istəməzdim. Mən 2 il MOİK-in əvəzedici komandasında oynadım. Vaqner Lav, Karvalyo, Oliç və Jo kimi hücumçuların parladığı əsas heyətə düşmə şanslarım praktik yox idi. Ona görə Vətənə qayıtdım. Vaxt itirməyə lüzum görmədim. Bu addımımı düzgün sayıram. Mən yeniyetmə futbolundan böyüklər arasında oyuna özümü öyrəşdirdim, təcrübə, ustalıq qazandım. Digər tərəfdən, Azərbaycanda çıxış edərkən, yığmanın məşqçilər heyətinin gözləri qarşısında idim.
- Azərbaycan mətbuatında Sizin yığmanın baş məşqçisi Berti Foqtsla münaqişəsindən yazmışdılar...
- Mənim baş məşqçi ilə münaqişəm olsaydı, millinin heyətində bu qədər oyunu necə keçirə bilərdim? Bu, sayıqlamadır. Mən heç vaxt heç bir məşqçi ilə münaqişəyə girmərəm!
- Azərbaycan millisinin heyətində Almaniya və Rusiya yığmalarının qapısına qol vurmusunuz. Onlardan hansı daha yaddaqalan idi?
- Müqayisə etmək çətindir. Rusiyanın qapısına oyun epizodundan çox vacib qol keçirdim. Bu, bizim heç-heçə əldə etməyimizə yardımçı oldu. Əlbəttə, almanların qapısına yol tapmaq xoş idi. Lakin həmin oyunda bizi darmadağın etdilər. Qolu isə standart vəziyyətdən vurdum.
- Hollandiyanın “Tvente” klubunun diqqətini “Qarabağ”ın heyətində Avropa Liqasındakı çıxışınızla çəkdiniz?
- Bəli. Təşəbbüs “Tvente”nin o vaxtkı baş məşqçisi Stiv Maklarendən gəldi.
- Elə isə niyə orada Sizə şans vermədilər?
- Mən komanda ilə məşq edirdim və onun heyətində debüt etməli idim. Lakin dizimdən xəsarət aldım. Əməliyyat olunmaq lazım gəldi. Bərpa kursu isə çox uzun – adətən, bir-iki ay yox, dörd ay çəkdi. “Tvente” isə çempion oldu və ardından Maklaren komandadan getdi. Mən sıraya döndüm, mövsümöncəsi Avstriya turnirindəki bütün oyunlarda iştirak etdim. Lakin ayağımdakı ağrılar yenə özünü göstərirdi. Vətənə qayıtmağa qərar verdim. Uzun fasilədən sonra özümü göstərməyə imkan yaratdığı üçün “Bakı” klubuna çox minnətdaram.
- Nijni-Novqoroda gedişiniz hansı istiqamətə addımdır? Məsələn, Dmitri Bulıkin deyir ki, Rusiyadan təklifləri heç nəzərdən keçirmir. Balaş Cucak isə əksinə, “Anji”nin təklifini məmnuniyyətlə qəbul etdi...
- Mənim Dmitriyə hörmətim var, amma fikrimcə, o, tam haqlı deyil. Rusiya Premyer Liqası Hollandiya yüksək liqasından güclüdür. Hollandiyada çempionluğa 2-3, Rusiyada isə 6-7 klub iddia edir. Elə futbolçular da səviyyəcə yüksəkdirlər.
- Lakin “Volqa” hələlik 16 komanda arasında 12-cidir...
- Komanda yaxşı start götürmüşdü, sonradan eniş başladı. Belə hal debütantlar üçün tez-tez baş verir. Amma inanıram ki, biz yuxarı pillələrə qalxacağıq. Hazırda klub öz yerində deyil.
- Siz hansı oyun komponentində özünüzü daha inamlı hiss edirsiniz?
- Yəqin ki, ayaqlarımla daha yaxşı oynayıram. Hər halda “Qafqaz məktəbi” – topla daim işləməkdir. Başla da bir neçə qol vurmuşam. Lakin deyə bilmərəm ki, bu, mənim güclü tərəfimdir.
- Bəs hücumda hansı oyun sxeminə üstünlük verirsiniz?
- “Qarabağ”da sol cinah hücumçusu kimi başladım. Milli komandada özümü mərkəz hücumçusu mövqeyində də sınaqdan çıxardım. Hər şey məşqçidən asılıdır.
- Sizin üçün nümunəvi hücumçu kimdir?
- Anri. O, cinahdan topu götürərək, mərkəzə girməklə asanca qol vururdu. Eləcə də Del Pyero.
- “Volqa”da hansı formanı götürəcəksiniz? Sizin sevimli “7-liy”iniz Tursunov tərəfindən tutulub...
- O zaman yəqin ki, 77.
- Bu nömrədə oynayan Martsvaladze ilə müqayisə olunacağınızdan qorxmursunuz?
- Xeyr. Otar komandaya çox kömək etdi. Ona uğurlar arzulayıram. Qoy parlaq oyunu ilə artıq “Krasnodar” azarkeşlərini sevindirməyə davam etsin.
- Özünüzün funksional hazırlığınızı necə dəyərləndirirsiniz?
- Hər şey qaydasındadır. Son zamanlaradək “Tvente”nin heyətində gündə iki dəfə məşq etmişəm. Avstriya toplanışından sonra isə “Volqa”dakı ilk oyunumdaca optimal formaya çatmaq niyyətindəyəm.

572