“Neftçi” – “Dinamo” matçının baş hakimi açıqlandı
Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında iyulun 19-da keçiriləcək cavab görüşünün baş hakimi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı estoniyalı referi Hannes Kaasik idarə edəcək.
Kaasik 1978-ci il avqustun 11-də anadan olub. O, 2006-cı il yanvarın 1-dən FİFA referisidir. Hazırda UEFA-nın 2-ci dərəcəli hakimlər qrupunda yer alıb.
Qeyd edək ki, iyulun 13-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək ilk görüş fransalı referi Antoni Qotyeyə tapşırılıb.

518