Kəmaləddin Heydərov: “Son illərdə Azərbaycan idmanında güclü inkişaf müşahidə olunmaqdadır”
30 iyun 2011 20:30 (UTC +04:00)

Kəmaləddin Heydərov: “Son illərdə Azərbaycan idmanında güclü inkişaf müşahidə olunmaqdadır”

Lent.az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən turnirin açılışında Dünya Taekvondo Federasiyasının prezidenti (DTF) Cunq Von Co, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərov və Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edib.

Açılış turnirdə iştirak edən ölkələrin bayraqlarının və hakimlərin zala gəlməsi ilə başlayıb. Dünya Taekvondo Federasiyasının prezidenti Cunq Von Co məraim iştirakçılarını salamlayaraq, Bakı şəhərində belə böyük bir turnirin keçirilməsini təşkil etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.

Açılış mərasimində çıxış edən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov turnirin qonaqlarını salamlayıb. O deyib ki, bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində layiq olduğu inkişaf və tərəqqi ilə dünyada lider dövlətlərdən birinə çevrilib. Bunun idman sahəsində özünə büruzə verdiyini bəyan edən federasiya prezidenti ölkədə idmanın inkişafının bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərin sağlamlığına daima xüsusi diqqətlə yanaşıb. Azərbaycan idmanında son illərdə güclü inkişaf müşahidə olunmaqdadır”.

K.Heydərov deyib ki, Heydər Əliyevin idmana göstərdiyi qayğını davam etdirən ölkə prezidenti İlham Əliyevin idmanın inkişafı sahəsində həyata keçirdiyi məqsədli yönlü tədbirlər nəticəsində Azərbaycan beynəlxalq idman mərkəzlərindən birinə çevrilib. Bu siyasətin davamı olaraq, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkənin idman şərəfini daim uca tutduqlarını söyləyən federasiya rəhbəri bu gün ölkədə təşəkkül tapan idmanlar arasında taekvondonun özünəməxsus yerinin olduğunu qeyd edib. Dünya Taekvondo Federasiyasının bu cür mötəbər yarışın keçirilməsini Bakı şəhərinə həvalə etməsinin sevindirici olduğunu vurğulayan bu yarışın Azərbaycanda keçirilməsinin ölkəmizdə takevondonun inkişafına yeni impuls verəcəyinə əmin olduğunu bildirib.

ATF prezidenti sonda məsul yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Gənclər və idman naziri Azad Rəhimov idmanın ölkəmizdə inkişafından danışıb. London Olimpiadasına taekvondo üzrə qazandığımız ilk lisenziyanı xüsusilə qeyd edən nazir qalan idmançılarımıza da uğurlar arzulayıb.

Mərasimin sonunda K. Heydərov DTF prezidentinə hədiyyələr və diplom təqdim edib. Ardınca idmançılar və hakimlər DTF prezidentinin qarşısında and içiblər.

Mərasim Kəmaləddin Heydərovun yarışı açıq elan etməsi və ardından dövlət himnimizin səslənməsi ilə açıq elan olunub. Bunun ardınca isə mərasimin bədii hissəsi başlayıb.

Onu da bildirək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar. Azərbaycanı bu mötəbər turnirdə Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər. Yarışda London-2012-yə ilk 3 yeri tutacaq taekvondoçular vəsiqə qazanacaqlar.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar