“Qarabağ” – “Banqa” matçının hakimləri açıqlandı
Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək “Qarabağ” – “Banqa” matçının hakimləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə Yuri Mojarovskinin başçılığı ilə ukraynalı hakimlər briqadası təyinat alıb.
Mojarovskiyə Aleksandr Voytyuk və Mikola Levko yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim isə Vitali Romanov olacaq. Hakim-inspektor Jozef Marko (Slovakiya), UEFA nümayəndəsi isə Mehmet Süheyl Önen (Türkiyə) təyin edilib.
Qeyd edək ki, “Qarabağ” – “Banqa” matçı saat 21:00-da başlanılacaq.

486