“Uimbldon” turniri: Roje Federer uduzdu
Lent.az-ın məlumatına görə, ¼ finalda ispaniyalı Rafael Nadal amerikalı Mardi Fişi məğlub edib - 6:3, 6:3, 5:7, 6:4.
Nadalın növbəti rəqibi britaniyalı Endi Mürrey olacaq. Mürrey ¼ finalda ispaniyalı Felisiano Lopesi dayandırıb - 6:3, 6:4, 6:4.
Ən gözlənilməz nəticə isə isveçrəli Roje Federerlə fransalı Jo-Vilfrid Tsonqa arasındakı görüşdə yaşanıb. Federer bu oyundan məğlub ayrılıb - 3:6, 6:7, 6:4, 6:4, 6:4. Tsonqanın yarımfinalda rəqibi serbiyalı Novak Cokoviç olacaq. Cokoviç ¼ finalda avstraliyalı Bernard Tomiçdən güclü olub - 6:2, 3:6, 6:3, 7:5.
Qeyd edək ki, Rafael Nadal “Uimbldon” turnirində 2 dəfə - 2008 və 2010-cu illərdə qalib olub, 2 dəfə - 2006 və 2007-ci illərdə finalda oynayıb, Mübarizəni dayandırmış Roje Federer isə 6 dəfə “Uimbldon” turnirini qazanıb.

601