Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi
29 iyun 2011 18:00 (UTC +04:00)

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

Lent.az-ın məlumatına görə, 237 nümayəndənin qatıldığı konfransda quruma yeni prezident seçilib.

Bu, seçkidə vahid namizəd kimi iştirak edən Mehmet Ali Aydınlardır. Aydınların namizədliyini səsvermə hüququna malik 204 nəfərdən 201-i dəstəkləyib. TFF-in İcraiyyə Komitəsinə isə Göksel Gümüşdağ, Lutfi Arıboğan, Hüsnü Güreli, Kemal Olgaç, Erhan Kamışlı, Cüneyt Tanman, Yunus Egemenoğlu, Servet Yardımcı, Mehmet Baykan, Mehmet Akif Üstündağ, Ergün Tekin, Erdal Atalay, Arif Koşar, Hakan Kanık üzv seçilib.

Qeyd edək ki, Mehmet Ali Aydınlar TFF-in 39-cu prezidentidir. O, 1956-cı ildə Malatyada anadan olub. Hazırda Aydınlar Acıbadem Səhiyyə Qrupunun İdarə Heyətinin sədri vəzifəsində çalışır. Yeni prezident federasiyanın əvvəlki rəhbərliyinin dövründə qurumu İcraiyyə Komitəsinin üzvü olub. O, eyni zamanda “Fənərbağça” klubunun idarə heyətinin üzvü kimi də fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar