“Zaqrebdən Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram” - MÜSAHİBƏ
Lent.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində flaqmanın rəqibi olan Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını dəyərləndirib:
- Çempionlar Liqasında “Neftçi”ni şərəfli və məsuliyyətli sınaq gözləyir. Komanda Zaqreb “Dinamo”su ilə oyuna necə hazırlaşır?
- Düşünürəm ki, Avrokuboklara vəsiqə qazanan hər bir komanda qitə arenasında layiqli çıxış etmək üçün əlindən gələni edir. Komandalar bütün mövsüm boyu daxili çempionatda məhz Avropaya çıxmaq, titul qazanmaq üçün böyük işlər görür. Bizim əsas hədəfimiz Avropada uğurla çıxış etməkdir. Bunun üçün rəqibin kimliyi bizi düşündürmür. Hazırlıqlarımız yüksək səviyyədə keçir. Artıq Türkiyədəki hazırlıq prosesi arxada qalıb. Növbəti təlim-məşq toplanışı isə Avstriyada olacaq.
- İlk oyunun səfərdə olması “Neftçi” üçün müsbət haldır?
- Futbolda əvvəllər qarşılaşmadığın rəqiblə ilk matçı səfərdə keçirmək daha əlverişlidir. Mən bu komandaya qarşı Avrokuboklarda mübarizə aparmışam. Həmin görüşlərdə “Dinamo” açıq futbola üstünlük verən komanda təsiri bağışlayırdı. Ancaq eyni zamanda yaxşı müdafiə olunurlar. Son mövsümdə onların heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc oyunçu çıxış edir. Bunun səbəbi isə Zaqreb klubunun əsas məqsədlərindən birinin gənc futbolçuları yetişdirərək, Avropa ölkələrinə satmaqdan ibarət olmasıdır. Bunun üçün onlar qitə miqyaslı yarışlarda hər zaman uğurla çıxış etməyi hədəfləyirlər. Ümumiyyətlə, ilk oyunda qazanılacaq nəticədən çox şey asılıdır. Biz meydanda var gücümüzlə mübarizə apararaq, baş məşqçimizin tapşırıqlarını həyata keçirə bilsək, Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram.
- “Dinamo”nun azarkeşləri Avropada ən çılğın fanat ordularından biri kimi ad çıxarıb. Bu amil futbolçularımıza təsir edə bilərmi?
- Mən “Maksimir” stadionunun atmosferi ilə yaxından tanışam. Onlar oyunun ilk 15 dəqiqəsində doğma komandalarını çılğıncasına dəstəkləyirlər. Məhz buna görə onların azarkeşləri Avropada ən güclü fanat ordularından biri hesab olunur. Ancaq rəqib layiqli futbol nümayiş etdirdiyi zaman, qonaq komandanı alqışlamağı da unutmurlar. Bir də ki, orada stadionun tribunaları yaşıl meydandan çox aralıdır. Azarkeş dəstəyinin futbolçularımıza təsir edəcəyini düşünmürəm. “Neftçi”nin heyətində öz yığma komandalarında çıxış edən bir çox təcrübəli futbolçu yer alır. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun göstərib, azarkeşlərimizə sevinc hisləri bəxş edək.

583