“River Pleyt”in 110 illik tarixində qara səhifə -
Lent.az-ın məlumatına görə, B Liqasına enməkdən qurtulmaq üçün “River” təkrar pley-off matçında ikinci divizion komandası “Belqrano”ya 2 top fərqi ilə qalib gəlməli idi. Lakin matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Görüşün son dəqiqələrində tribunalarda çaxnaşma baş verib. Bu səbəbdən, oyun dayandırılıb. Görüş başa çatdıqdan sonra isə əvvəlcə stadionda və ətrafında, ardından şəhərdə xoşagəlməz olaylar yaşanıb. Matç zamanı futbolçuları “Aşağı liqaya ensəniz, öləcəksiniz” şüarları ilə hədələyən azarkeşlər oturacaqları söküblər və stadionu yandırıblar.
Bu vaxt fanatlardan biri ürək tutmasından ölüb, digəri isə intihar edib. Meydançanın ətrafından saatlarla qara dumanlar yüksəlib. Bir çox avtomobilə xətər yetirilib. Polislə də toqquşmalar baş verib. Nəticədə ən azı 100 nəfər yaralanıb ki, onlardan 15-in vəziyyəti ağırdır. Yaralılardan 4-ü polisdir. Fanatları sakitləşdirmək üçün asayiş keşikçiləri su şırnağından, rezin güllələrdən və gözyaşardıcı qazdan yararlanmalı olublar.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31