“Xəzər Lənkəran” ən yaxşı bombardiri ilə vidalaşdı
Lent.az-ın əldə etdiyi məlumata görə, buna kosta-rikalı hücumçunun əyalətdə oynamaq istəməməsi səbəb olub. Hələ ötən mövsümdən Bakı klublarından birində çıxış etmək arzusunu ifadə edən Parks zaman-zaman Lənkəran komandası daxilində problemlər yaradıb. Bununla belə, futbolçu oyunlar zamanı öz bacarığını ortaya qoyub. Təsadüfi deyil ki, Parks Unibank Premyer Liqasında 8, NBC Bank Azərbaycan Kubokunda 4 qol vurub. O, mövsümün yekunlaşdığı ərəfədə Lənkəranda qalmağa bir şərtlə - hazırda aldığı 150 min dollar illik əmək haqqının 2 qat artırılacağı təqdirdə olacağını söyləyib.
“Xəzər Lənkəran” rəhbərliyi isə Parksın müqavilə üzrə Rumıniyanın “Timişoara” klubuna məxsus olduğunu və icarəsi qarşılığında həmin kluba da ildə 350 min dollar ödədiklərini bildirərək, futbolçunun əmək haqqını artırmaqdan imtina edib. Lənkəran təmsilçisinin direktoru Höccət Hacıyev Parksın komandadan ayrılma səbəbini əmək haqqı məsələsində anlaşa bilməmələri ilə əlaqələndirib. Lakin o, konkret hansı məbləğdən söhbət getdiyini açıqlamayıb.
Digər tərəfdən, Parksın Bakı komandalarından birində oynamaq istəyinə elə paytaxtın eyniadlı klubundan reaksiya verilib. “Bakı” rəhbərliyi 30 yaşlı forvardla danışıqlar apararaq, onunla razılığa gəlib. Bu barədə Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev Lent.az-a məlumat verib. Mehdiyevin sözlərinə görə, hazırda “Bakı” rəhbərliyi “Timişoara”nın da keçidə razılığını almaq üçün danışıqlar aparır. Söhbət futbolçunun birdəfəlik və ya icarə əsasında heyətə cəlbindən gedir.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31