Azərbaycan boksçusunun qəsdən uduzdurulduğu etiraf olundu, amma...
Türkiyənin paytaxtı Ankaradakı Avropa çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin İsayev 1/8 finalda türkiyəli Fatih Keleşə 23:24 hesabı ilə məğlub olduqdan sonra Azərbaycan tərəfi protest verib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, protestə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) icraçı direktoru Xo Kim, Avropa Boks Federasiyasının (EUBC) prezidenti Umberto Furqoni, Avropa çempionatının texniki deleqatı Kisan Narşi, EUBC İcraiyyə komitəsinin üzvü Derenik Qabrielyan və Macarıstan Boks Federasiyasının prezidenti Şandor Çotoni bağlı qapılar arxasında baxıblar.
Bu döyüşün 2-ci raundundan sonra hesab heç-heçə olub. 3-cü hissədə isə üstünlük İsayevin tərəfində olsa da, hakimlər yerli idmançının 1 xal fərqi ilə qələbəsini qeydə alıblar. 2-ci raundda rinq hakimi boksçumuza xəbərdarlıq edib ki, bu da rəqibə 2 xal gətirib. Üçüncü hissədə Keleş daim mübarizədən yayınsa da, hakim ona xəbərdarlıq etməyib. 1 saatdan çox davam edən müzakirələrdə döyüşün kasetinə təkrar-təkrar baxılıb. Türkiyə Boks Federasiyasının bir çox üzvləri qeyri-rəsmi söhbətdə İsayevin qalib gəldiyini etiraf ediblər. Müzakirələr başa çatdıqdan sonra Kisan Narşi əvvəlcə Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gözgəci təklikdə qəbul edib və qərarı onun nəzərinə çatdırıb. Daha sonra isə Azərbaycan nümayəndə heyətinin üzvünə protestin qəbul edilmədiyi və iyunun 21-də bu barədə yazılı açıqlama veriləcəyi söylənilib.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19