UEFA-dan AZAL-a daha bir zərbə
Lent.az-ın məlumatına görə, baş məşqçi Nazim Süleymanovun komandasının I təsnifat mərhələsində Belarus “Minsk”i ilə ilk görüşünün yeri dəyişdirilib.
Avropa futbol qurumunun qərarına əsasən, AZAL iyunun 30-da “Minsk”lə eyniadlı şəhərdə deyil, Bakıda qarşılaşacaq. Bu isə komandamızın əleyhinə işləyən məqamdır. Çünki ilk görüşü səfərdə keçirən klub rəqibinin oyun sisteminə yaxından bələd olur, qeydə alınan nəticəyə uyğun cavab qarşılaşmasına hazırlığını qurur. Təsadüfi deyil ki, “Minsk”in baş məşqçisi Vitali Tarakanov ilk görüşü öz meydançalarında keçirməyin komandası üçün əhəmiyyətini etiraf edib.
Daha öncə UEFA AZAL-ın Avropa Liqasında “Olimpik-Şüvəlan” adı altında oynamasına qərar verib. Bununla da klubumuzun baş sponsorunun adının beynəlxalq miqyasda reklam olunması baş tutmayıb.
Qeyd edək ki, AZAL Avropa Liqasında rəqibini Şüvəlan qəsəbəsindəki ev arenasında qəbul edəcək.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19