Avropa çempionatı: 4 boksçumuz ¼ finalda
Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında Azərbaycanın 4 boksçusu ¼ finala, 1-i yarımfinala çıxıb. Lent.az-ın məlumatına görə, Salman Əlizadə (49 kq), Heybətulla Hacıəliyev (64 kq), Rahib Bəylərov (75 kq) və Teymur Məmmədov (91 kq) 1/8 final mərhələsini qələbə ilə başa vurub.
Növbəti mərhələnin döyüşləri iyunun 21-də olacaq. Boksçularımızdan ilk olaraq Əlizadə rinqə çıxacaq. Onun rəqibi fransalı Jeremi Bekku olacaq. Hacıəliyev İsveçi təmsil edən türk əsilli Entoni Yigitlə qarşılaşacaq. 75 kq-da mübarizə aparan Bəylərovun rəqibi yerli idmançı Adem Kılıccı olacaq. Məmmədov isə rusiyalı Abdulhəmid Nurməhəmmədovla üz-üzə gələcək.

619