FİFA vitse-prezidenti istefaya getdi
FİFA vitse-prezidenti Cek Uorner öz istəyi ilə istefa verib. Lent.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi açıqlamasında bildirilir.
Əvvəllər FİFA-nın etika komitəsi Uorneri səlahiyyətlərinin icrasından kənarlaşdırıb. Bu, futbol funksionerinin korrupsiyada ittiham olunmasından sonra baş verib. Uorner öz üzərindən ittihamların götürülməsindən ötrü istefa verməyi daha məqsədəuyğun sayıb. Araşdırmalar davam etsəydi, o, günahkar sayıla, idman təşkilatlarında istənilən fəaliyyətinə isə qadağa qoyula bilərdi. Bu qərar həm də Uornerin siyasi karyerasına zərər vurardı. Çünki o, vətəni Trinidad və Tobaqoda nazir postunu tutur.
Qeyd edək ki, Cek Uorner Karib Futbol İttifaqının üzvlərinə 40 min dollar rüşvət verməkdə ittiham olunur. Rüşvət qarşılığında o, Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd bin Həmmamı iyunun 1-də keçirilmiş FİFA prezidenti seçkisində dəstəkləməyi xahiş edib. Bin Həmmam seçkidə hazırkı prezident Yozef Blatterin yeganə rəqibi olub. O, Blatteri də korrupsiyada ittiham edib. Mayın 29-da keçirilmiş FİFA etika komitəsinin iclasında Uorner və bin Həmmam səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar, Blatter isə haqlı çıxıb. Beləliklə, bin Həmmam namizədliyini götürüb və hazırkı prezident alternativsiz qələbə qazanıb.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19