“Neftçi” Xorvatiya “Dinamo”sunun təklifini rədd etdi
Bu haqda Lent.az-a Azərbaycan çempionunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib.
Bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasiminə qatılan Əşrəfoğlu bildirib ki, Zaqreb klubunun nümayəndələri “Neftçi”yə rəqib olmalarını narahatlıqla qarşılayıblar. Onlar bir tərəfdən, “ağ-qaralar”ın heyətində Emil Mpenza, Flavinyo, Rodriqinyo və serbiyalı qapıçı Saşa Stamenkoviç kimi ulduz futbolçuların yer almasına, digər tərəfdən, ilk oyunu Zaqrebdə keçirmələrinə elə də xoş yanaşmayıblar: “Xorvatiya klubunun rəsmiləri bizdən ilk görüşü Bakıda keçirməyi xahiş etdilər. Amma mən təbii ki, razılaşmadım. Axı kim bu təkliflə razılaşardı? Çünki ilk oyunu səfərdə keçirmək istənilən komanda üçün əlavə üstünlükdür”.
Qeyd edək ki, ilk oyun 12-13 iyulda, cavab matçı isə 19-20 iyulda baş tutacaq. Görüşlərin konkret tarixi isə hələ müəyyənləşməyib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19