Çempionlar Liqasında “Neftçi”nin potensial rəqiblərinin sayı 6-ya endi
Bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimində Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqiblərinin sayı 6-ya enib. Lent.az-ın məlumatına görə, səpələnməmişlər sırasında olan flaqman 2-ci qrupa düşüb.
Baş məşqçi Arif Əsədovun komandasının rəqibləri “Dinamo” (Zaqreb, Xorvatiya), “Partizan” (Serbiya), “Şturm” (Avstriya), “Viktoriya” (Plzen, Çexiya), “Ekranas” (Litva) və “Zestafoni” (Gürcüstan) klublarından biri olacaq. Bu klublardan bəziləri əvvəllər Azərbaycan təmsilçiləri ilə Avropa kuboklarında üz-üzə gəliblər. “Dinamo” 2007-2008-ci il mövsümündə “Xəzər Lənkəran”ı I təsnifat mərhələsində, “Partizan” 2008-2009-cu il mövsümündə Bakı “İnter”ini II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb. Əvəzində “Bakı” 2009-2010-cu il mövsümündə “Atırau”nu II təsnifat mərhələsində üstələməyi bacarıb.
Qeyd edək ki, 2011-2012-ci il mövsümü üçün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19