Arif Əsədov: “Bu, bizim üstünlüyümüzü artırır”
“Neftçi” futbol komandası Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Lent.az-ın məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov hazırlıq prosesi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib.
O deyib: “Futbolçuların əhval ruhiyyəsi yüksəkdir. Məşqlərimiz intensiv şəkildə davam edir. Təlim-məşq toplanışı komandanın gələcək yarışlara yüksək səviyyədə hazırlığı üçün çox əhəmiyyətlidir. İyunun 22-dək hazırlığımız İspartada olacaq. Daha sonra Bakıya qayıdacağıq. Bu ayın 26-da isə Avstriyaya yollanacağıq. Hazırlığın ikinci mərhələsində bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Həmin oyunlarda bütün futbolçulara şans veriləcək. İnşallah, Çempionlar Liqasının ilk oyununa komandanı tam hazır edəcəyik”.
Əsədov iyunun 20-də keçiriləcək Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi barədə də danışıb: “Hansı komanda ilə düşməyin fərqi yoxdur. Bu gün “Neftçi”nin heyətində yer alan futbolçular stabil oyunu ilə seçilirlər. Komandanın bütün əsas üzvləri bizimlə birlikdədir. Bu, bizim üstünlüyümüzü artırır. Məsələn, ötən il yeni komanda qururduq, bu ilə isə belə bir problemimiz yoxdur. Püşkatmanın nəticəsini gözləyirik. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun və yaxşı nəticə ilə azarkeşlərimizə sevinc bəxş edək”.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19