Əfsanəvi basketbolçuya adam oğurluğu ittihamı
17 iyun 2011 14:20 (UTC +04:00)

Əfsanəvi basketbolçuya adam oğurluğu ittihamı

ABŞ-ın Los-Anceles şəhərinin Ali Məhkəməsində Robert Rossun 2008-ci ildə yerli qruplaşmalardan biri tərəfindən silah tətbiqi ilə oğurlanması işinə dair dinləmələr başlayıb. Lent.az-ın “Los Angeles Times”ə istinadən verdiyi məlumata görə, zərərçəkən cinayətin mümkün təşkilatçıları qismində NBA-nın superulduzu, 2010-2011-ci il mövsümünün sonunda karyerasını başa vurduğunu elan edən Şakil O Nilin adını çəkib.

Qanun keşikçiləri O Nil və onun biznes ortağı Mark Stivensin Rossa hücum faktına mümkün bağlılığını şərh etməkdən boyun qaçırıblar. Artıq məlumdur ki, araşdırmanın gedişində basketbolçu həqiqətən də şübhəlilər sırasında olub. Lakin 2009-cu ildəki dindirilmə zamanı öz iştirakını tam inkar edib.

Ross bildirib ki, səsyazma şirkətinin sahibi O Nildən pul tələb edib. Onun fikrincə, basketbolçu rep ifaçısının təbliği üçün birgə layihədən borclu qalıb. Ross keçmiş həmkarlarına deyib ki, onda ulduz oyunçunun öz rəfiqəsinə xəyanətinin lentə alındığı videokadrlar var. Bundan bir qədər sonra Ross oğurlanıb və döyülüb. Cinayətkarlar ondan plyonkanı və 100 min dollar tələb ediblər. Yekunda Ross 15 min dollar nağd pul, brilyant bəzək əşyası və məşhur marka istehsalı olan bahalı saatını verməklə canını qurtarıb. Sonradan o, dindirilmə zamanı deyib ki, basketbolçuya qarşı kompromat kimi istifadə etdiyi heç bir lentə malik olmayıb. Sadəcə, O Nilin sözübütöv olacağı ehtimalı ilə blef edib. Basketbolçunun maraqlarını təmsil edən vəkillər dindirilmə zamanı şərhdən imtina ediblər. Növbəti məhkəmə iclası iyulda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar