“Uğursuzluqda hamımızın günahı var”
Lent.az-ın məlumatına görə, Məmmədov klubun rəsmi saytına müsahibəsində 2010-2011-ci il mövsümündə zəif çıxışlarının səbəbini açıqlayıb. Onun fikrincə, uğursuzluqda təkcə əvvəlki baş məşqçi Vinfrid Şeferin yox, hamının günahı var: “Ötən mövsüm Avropa Liqasındakı uğursuzluqla başladı və bu uğursuzluq çempionatda da davam etdi. Avroliqada hər iki oyunda qalib gəlməyimizə baxmayaraq, mərhələ adlaya bilmədik. Bu isə komandaya pis təsir etdi. Ardından çempionat oyunları başladı. Mövsümə alman baş məşqçi Vinfrid Şeferlə başladıq və onun qarşısına minimum olaraq Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyuldu. Ancaq buna nail olmadıq. Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz, burada rəhbərlikdən futbolçulara qədər hamımızın günahı var”.
Klub rəsmisi bildirib ki, hamı yeni mövsümdən tam fərqli “Bakı” görəcək. Artıq gənc futbolçular əsas komandaya cəlb olunublar: “Baş məşqçimizin istəyi ilə əvəzedici komandanın beş futbolçusu əsas komandaya gətirilib. Bundan əlavə milli komandamızın üzvü Elvin Məmmədovu və gənc futbolçu Novruz Məmmədovu komandanın heyətinə cəlb etdik. Yeni mövsümdə uğursuzluğu yaddan çıxarıb, irəli baxmalıyıq. “Bakı”nın böyük perspektivləri var, biz gələcəyin komandasını qururuq. “Bakı” gələcəyi fikirləşir və uşaq futboluna böyük diqqət ayrılır. Gələcəkdə hər istiqamətdə uğurlu olması üçün indidən işlərimizi düzgün qurmalıyıq”.
İnfrastruktur baxımından önəmli addım atdıqlarını deyən Məmmədov klubun bazasının istifadəyə verildiyini xatırladıb. Onun sözlərinə görə, əsas məqsəd burada yaxşı futbolçular yetişdirməkdir: “İstəyimiz budur ki, gələcəkdə əsas komandada 2-3 legioner oynasın. Qalan futbolçular isə öz yetirmələrimiz olsun. 3-4 ildir ki, bu istiqamətdə işlər aparırıq və inanırıq ki, 4-5 il ərzində istəyimizə çatacağıq. Bu məqsədlə gərək öz yetirmələrimizə gənclərə inanaq, onlara oyunlarda şans verək”.

841