“Neftçi”nin futbolçusu: “Çempionlar Liqası çox fərqli yarışdır”
“Neftçi” klubunun futbolçusu Emil Mpenza Çempionlar Liqasına hazırlıq barədə danışıb. Lent.az-ın məlumatına görə, hazırda Türkiyənin İsparta şəhərində flaqmanın heyətində təlim-məşq toplantısında olan belçikalı hücumçu klubun rəsmi saytına açıqlama verib.
O deyib: “Çempionlar Liqası mötəbər turnirdir. Mən İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda iştirak etmişəm. Ancaq Çempionlar Liqası çox fərqli yarışdır. Buna görə də çox xoşbəxtəm ki, Avropanın ən böyük klub turnirində mübarizə aparacağıq. Çalışacağıq ki, “Neftçi”ni və Azərbaycanı layiqincə təmsil edib, azarkeşlərə sevinc hisləri bəxş edək”.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Flaqmanın rəqibi iyunun 20-də püşk nəticəsində müəyyənləşəcək.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19