“Xəzər Lənkəran” Avroliqa hazırlıqlarına legionerlərsiz başlayır
“Xəzər Lənkəran” klubu futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin hazırlıqlarına iyunun 15-dən başlayacaq. Klubun icraçı direktoru Höccət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, komanda üzvləri bu gündən etibarən baş məşqçi Mirça Rednikin rəhbərliyi altında Lənkəranda bir araya gələcəklər.
Hazırlıq prosesinə legionerlərdən əlavə, Ruslan Poladov və Tural Cəlilov qatılmayacaq. Hacıyev bildirib ki, Poladovun Bakı “İnter”inə keçəcəyi gözlənilir. Cəlilov isə digər komandalardan birinə icarəyə veriləcək.
“Xəzər Lənkəran” iyunun 20-də Avstriyaya təlim-məşq toplantısına yollanacaq. Legionerlər birbaşa həmin ölkəyə yollanacaqlar. Klubun rəisi Səməd Mustafayev artıq Avstriyada hazırlıq prosesi ilə bağlı məsələlərin həlli ilə məşğuldur. Rəqiblərdən birinin “Panduri” olacağı dəqiqləşib.
Qeyd edək ki, Azərbaycan Kubokunun qalibi olduğundan, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Komandanın rəqibi iyunun 20-də İsveçrənin Nyon şəhərində atılacaq püşk nəticəsində müəyyənləşəcək. Tədbirə Lənkəran klubundan Höccət Hacıyev və vitse-prezident Tuyqun Nadirov yollanacaq. İlk oyun iyulun 14-də, cavab görüşü isə bundan bir həftə sonra keçiriləcək.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19