Çeçenistan rəhbərliyindən Qullitə ultimatum
Lent.az-ın məlumatına görə, klubun yaydığı bəyanatda Qullitin ümidləri doğrultmadığı bildirilir.
Rəsmi açıqlamada hollandiyalı mütəxəssisin mövsüm ərzində buraxdığı səhvlər qeyd olunub. Klub rəsmiləri Qullitin hansısa “qaranlıq səbəblərə görə” qışda heyəti gücləndirməyi məqsədəuyğun saymaması və yeni oyunçu almamasının səbəbini anlaya bilməyiblər. Halbuki “Terek”in buna vəsaiti olub.
“Qullitin yarım il ərzində komandanın sükanı arxasındakı fəaliyyəti onun oyunçulardan baş açmadığı və kollektivə özünəməxsus oyun üslubu aşılamadığını göstərir. “Terek” heç vaxt bu qədər ümidsiz görünməyib” - deyə, bəyanatda bildirilir.
O da vurğulanır ki, Kadırov Qullitin qarşısına Rusiya Premyer Liqasının növbəti turunda “Amkar”la səfər matçından 3 xal gətirmək məqsədini qoyub. Əks halda, baş məşqçi qovulacaq. Kadırov Qullitin məhsuldar fəaliyyət əvəzinə bar və diskoteka haqda həddən artıq çox düşünməsindən narahatlığını da ifadə edib.
Qeyd edək ki, Ruud Qullit “Terek”ə yanvarda baş məşqçi təyin olunub. Onunla 2011-2012-ci il mövsümünün sonunadək müqavilə bağlanılıb. Həmin vaxt Qullitin qarşısına Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutmaq məqsədi qoyulub. Lakin 13 turdan sonra Çeçenistan komandası Premyer Liqada 16 klub arasında 14-cü yeri tutur.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19