Məsut Özil üçün 250 milyon avro
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisinin transferinin nə dərəcədə mümkünlüyü ilə bağlı araşdırma aparılmasına tapşırıq verib.
Özilin meneceri Reza Fazeli ilə görüşən İngiltərə təmsilçisinin nümayəndələri mənfi cavab alıblar. Fazeli müştərisinin “kral klubu”nda çox xoşbəxt olduğunu və getmək fikrində olmadığını söyləyib.
Digər tərəfdən, Özilin “Real Madrid”lə 6 illik müqaviləsi var. Klub rəhbərliyinin 22 yaşlı futbolçuya 250 milyon avro qiymət qoyduğu bildirilir. Onun yaradıcılığı, sürəti və ötürmə vermək qabiliyyəti var. Özilin “kral klubu” üçün vazkeçilməz olduğu vurğulanıb.
Qeyd edək ki, Məsut Özil ötən yay 15 milyon avro qarşılığında Almaniya “Verder”indən alınıb. İspaniyada keçirdiyi ilk mövsümündə o, 26 məhsuldar ötürmə verərək, bu göstərici üzrə Avropada lider olub. Özili 25 məhsuldar ötürmə verən “Barselona”lı Lionel Messi, 21 məhsuldar ötürmə müəllifləri - Portuqaliya “Portu”sundan Halk və Hollandiya “Qroningen”indən Duşan Tadiç izləyib.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19