Tayson, Stallone və Tszyu Boks Şərəf Zalına daxil edildi
13 iyun 2011 17:00 (UTC +04:00)

Tayson, Stallone və Tszyu Boks Şərəf Zalına daxil edildi

Lent.az-ın məlumatına görə, təntənəli mərasim Nyu-York ştatının Kanastot şəhərində baş tutub.

Tszyu ilə birgə Zala ötənlərin məşhur boksçuları – Mayk Tayson (ABŞ) və Xulio Sezar Çaves (Meksika), aktyor Silvestr Stallone, hakim Co Kortes, məşqçi İqnasio Beristayn da daxil edilib. Belə qərarı Amerika Jurnalistlər Assosiasiyasının boksdan yazan münsiflər heyəti üzvləri və Beynəlxalq Boks Statistikləri Təşkilatı qəbul edib.

Sonuncu dəfə 2005-ci ildə rinqə çıxmasına baxmayaraq, Konstantin Tszyu idmançı karyerasını başa vurduğunu rəsmən açıqlamayıb. 1991-ci ildə həvəskarlar arasında dünya çempionu olduqdan sonra o, Avstraliyaya köçüb və peşəkar karyerasına başlayıb. Tszyu İBF, WBF və WBA versiyaları üzrə dünya çempionu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar